Mediada baş verən qüsurlar
5.14M
Категория: ИскусствоИскусство

Mediada baş verən qüsurlar

1. Mediada baş verən qüsurlar

2.

“Xəzər” televiziyasında efirə
gedən “Hər şey daxil”
verilişinin müğənni aparıcıları
Sevil və Sevinc bacıları
əvvəlcə Azərbaycanın milli
valyutasına etdikləri
hörmətsizliklə, yəni efirdə 1
manatlıq əskinası cırmaqla,
ardınca isə ölkə coğrafiyası
barədə məlumatsızlıq
(Balakən rayonunun Naxçıvan
MR-də yerləşdiyini deməklə)
nümayiş etdirməklə gündəmə
gəlmişlər.

3.

Space TV-nin bəzi tok-şou və publisistik verilişlərində, adətən
milli mənəvi dəyərlərə zidd mövzular qoyulmasa da, veriliş boyu
bayağı və yersiz müzakirələr baş alıb gedir. Toy adət-ənənələri,
qısqanclıq, şou biznes mövzuları ətrafında açılan süni və bayağı
müzakirələrdə bu cür hallar açıq–aydın hiss edilməkdədir. "Kişilər
evdə olmayanda", "Oturduğumuz yerdə", "Hələ bu harasıdır" kimi
verilişlər buna misal ola bilər

4.

Nitq mədəniyyəti sadəcə televiziya və radioların deyil, bütövlükdə
cəmiyyətin problemidir Efirdə ləhcə, jarqon baş alıb gedir Televiziyada,
radioda, yazılı və elektron mediada nitq mədəniyyətinin xüsusi önəmi
var. Bu amil həm ana dilimizin qorunub saxlanmasında, inkişaf
etdirilməsində, həm də səlis danışıq tərzinin formalaşmasında mühüm
rol oynayır. Diqqət yetirmisinizsə, qardaş Türkiyənin televiziya
kanallarında danışıq səviyyəsi çox yüksəkdir. Söhbət təkcə televiziya və
radio aparıcılarının danışıq tərzindən, ləhcəsindən getmir. Eyni
zamanda, hər hansı verilişə qonaq qismində dəvət olunan şəxslərin də
nitqinin rəvan və səlis olması şərtdir. Çünki televiziya və radioda sözün
təsir qüvvəsi bütün təbliğat vasitələrindən seçilir.

5.

Təxmini 2 həftə bundan əvvəl
“Xəzər” tv’in aparıcısı Zaur Kamal 15
yaşlı qıza elçi gedib və ``Belə
insanlar bizə efirlərdə insanlara ağıl
öyrədir`` dediyinə görə xəbəri yox
imiş əgər xəbəri yoxdursa içəri
keçməyi niyə tələb edirsən? Belə
şeylər bizim milli mənəvi
dəyərlərimizə və mentalitetimizə
ziddi.Həmin videonu sizlər üçün
təqdim edirəm.

6.

7.

“1905.az” Diskussiya Klubunda növbəti müzakirə baş tutdu. “Dilimizdə
SÖZQIRIM yaşanır, yoxsa…” Söhbətimizə ADPU-nun filologiya fakültəsi,
Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının professoru Nadir
Abdullayev, “Xalq qəzeti” baş redaktorun müavini Tahir Aydınoğlu,
Azərbaycan Televiziyası, “Səhər” verilişinin redaktoru Güldəstə Bəhramqızı,
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Monitorinq şöbəsinin müdiri Qulu
Məhərrəmli, Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru Vüqar Tofiqli
qatılmışdılar. Fuad Babayev: Salamlayıram hər birinizi, xoş gəlmisiniz! Bu gün
sizinlə birgə söz qırımı, dilimizin soyqırıma məruz qalması mövzusunu
müzakirə edəcəyik. Gəlin, razılaşaq ki, bu gün dilimiz müəyyən təsirlər
nəticəsində dəyişikliyə məruz qalır. Buyurun, söz sizindir. Nadir Abdullayev:
Bizim dilimiz müstəqil dövlətin dilidir. Azərbaycan dili 70 il rus əsarəti altında
mövcud olsa da bu gün o müstəqildir. Doğrudur, dil bir qədər assimilyasiyaya
məruz qalsa da o təmiz dildir və ahəngi çox gözəldir. Firudun bəy Köçərli dil
haqqında deyib: “Ananın südü bədənin mayası, onun dili də ruhun qidasıdır”.

8.

Tahir Aydınoğlu: Mən yazılı-ənənəvi
media haqqında danışacam. Çünki
adətən yazılı media göz önündə olur,
orada qüsur tapmaq daha asandır.
Televiziyadan fərqli olaraq. Biz
öyrəşmişdik ki, məsələn, qəzetdə
hansısa məqalədə imla xətası olanda
insanlar redaksiyaya zəng edər,
mübirlərə bu barədə məlumat
verərdilər. Qulu müəllim dediyi kimi bu
gün dilə hər istiqamətdən basqı var.
Xalqın 2 vətəni var: torpaq və dil. Biz
istədiyimiz kimi dil normaları pozuruq
və bizə qadağalar qoyan yoxdur. Məncə
ən böyük narahatlıqlardan biri iki
variantlılığın olmasıdır. Məsələn, aktivfəal, stabil-sabit, faktor-amil,
kontrakt-müqavilə, ilgili-bağlı və s bu
kimi sözlər dilimizdə ikivariantlılıq
yaradıb. Lakin bu o qədər də ürək açan
mənzərə deyil.

9.

Diqqətinizə görə təşəkkürlər
Hazırladı: Axundova Sabrina
English     Русский Правила