Похожие презентации:
Baki avrasi̇ya uni̇versi̇teti̇
1.
BAKI AVRASİYA UNİVERSİTETİTələbə: Lətifova Bahar
Fənn: Dünya ədəbiyyatı-1
Mövzu: Qırğız ədəbiyyatı
2.
QIRĞIZ ƏDƏBİYYATIQırğız ədəbiyyatında xalq yaradıcılığı nümunələrinin özünəməxsus yeri var. Qırğız folklorunun ən geniş yayılmış
janrı nəğmələrdir. Toy və yas mərasimlərində səslənilən Bekbekey”, “Saksakey”, “Şırıldan”, “Kostoşu”, “Arman” və
s. nəğmələrdə qırğızların sevinc və kədəri öz əksini tapıb. Qırğızlarda nəğmələrin özünəməxsus ifa tərzi var. Onlar
nəğməyə “ır” adı verdiklərinə görə onun ifaçısına “ırçı” demişlər.
3.
Irçılar həm nəğmə ifa etmişlər, həm də özləri şeirqoşmuşlar. Məsələn, “Manas” ırçılar tərəfindən ifa
edildiyinə görə dastana yeni əlavələr edilmiş, orijinal
mətndən fərqli olaraq dastandakı misraların sayı təxminən
bir milyona çatıb. Qırğızlarda xalq nəğmələri üslubunda
şeir qoşanlar akın adı ilə tanınırlar.
4.
Irçılar həm nəğmə ifa etmişlər, həm də özləri şeir qoşmuşlar.Məsələn, “Manas” ırçılar tərəfindən ifa edildiyinə görə
dastana yeni əlavələr edilmiş, orijinal mətndən fərqli olaraq
dastandakı misraların sayı təxminən bir milyona çatıb.
Qırğızlarda xalq nəğmələri üslubunda şeir qoşanlar akın
adı ilə tanınırlar. Akın poeziyası məhz bu şəxslərin
simasında formalaşmış, akınlar “moktoo”, “arnoo”,
“aytış” və s. janrlarda müxtəlif mövzulu şeirlər yazmışlar.
5.
Qədim tarixə, zəngin mif və şifahi xalq ədəbiyyatı ənənələrinə sahib olan qırğızların yazılı ədəbiyyatıəsasən XX əsrin əvvəllərində yaranmağa başlayıb. Orta Asiyada sovet hakimiyyətinin qurulması bu
regionda müstəmləkəçiliyi, totalitarizmi gücləndirməklə yanaşı, burda yaşayan xalqların ictimai-siyasi və
mədəni həyatında da mühüm dəyişiklərin yaranmasına səbəb olub.
Baş vermiş ictimai-siyasi proseslər bu məkanda yaşayan qırğızların da həyatına təsirsiz ötüşməyib. Bu dövrdən
başlayaraq Qırğızstanda məktəblərin açılması, savadsızlığa qarşı mübarizənin gücləndirilməsi, yeni qəzet və
jurnalların çapı, teatr və kitabxanaların yaradılması və s. hallar ölkə daxilində mədəni həyatın dirçəlməsinə, indiyə
qədər mövcud olan xalq ədəbiyyatı nümunəsindən fərqli olaraq yazılı ədəbiyyat örnəklərinin yaranmasına səbəb oldu.
6.
Yeni yaranan qəzet vəjurnallar ilk növbədə yazılı
ədəbiyyatın inkişafına daha
güclü təsir göstərirdi. Lakin
XX əsrin əvvəllərində bu
regionda çap olunan dərslik,
qəzet və jurnalların əsasən
qazax və tatar dillərində
olması yazılı ədəbiyyat
nümunələrinin də həmin
dillərdə yazılmasına səbəb
oldu. Məsələn, XX əsrin
əvvəlləri qırğız yazılı
ədəbiyyatın ilk
nümayəndələrindən biri olan
Sadıq Karaçev əsərlərini
tatarca, Qasım Tınıstov isə
qazaxca yazıb.
7.
Lakin bu o demək deyildi ki, yaranan bütün bədiinümunələr qazax və tatar dillərində idi. Çünki XX əsrin
əvvəllərində Qırğızstanda yaranan yeni ictimai-siyasi
münasibətlər ilk növbədə qırğız yazılı dili və qırğız yazılı
ədəbiyyatının inkişafı üçün böyük zəmin yaratmışdı.
8.
1924-cü ildə qırğız dilində çap olunan “Ərkintoo” ilk qəzet kimi təkcə qırğız mətbuat tarixi
üçün yox, həm də qırğız yazılı ədəbiyyat tarixi
üçün mühüm hadisəyə çevrildi. Aalı
Tokombayev, Toktoqul Satılqanov, Toqolov
Moldo, Qasımalı Bayalinov, Tugelbay
Sıdıqbayev, Kılıç Şamırkanulun və s. kimi yeni
nəsil qırğız şair və yazıçılarının əsərlərinin çap
olunub yayılmasında “Ərkin too” qəzeti mühüm
rol oynayırdı.
9.
Kılıç Şamırkanulunin “Zilzala” (1924) şeirlər kitabı, M.Tokombayevin “Turdının ölümü” (1927) poeması,“Kakey” (1927) pyesi, Q.Bayalinovun “Həcər” (1927) pyesi və s. nümunələr XX əsrin 20-ci illər qırğız
ədəbiyyatının inkişaf xəttini müəyyənləşdirmək baxımından səciyyəvidir. Tugelbay Sadıqbayevin 1937-ci ildə
yazdığı “Gen su” romanı qırğız ədəbiyyatında roman ənənəsinin başlanğıcı oldu. Suyunbay Eraliyevin
“Dostlarıma məktub” (1949), Soranbay Curuyevin “Ömür yazı” (1950), “Ümid” (1960) kitablarındakı şeirlər,
Sadıq Karaçevin “Evlilikdən qacdı”, “Sevdiyinə qovuşmadı”, “Kədərli iki gənc” hekayələri və bu dövrdə yazibyaratmış digər sənətkarların əsərləri 30-50-ci illər yeni dövr qırğız ədəbiyyatının realist poeziya və nəsr
nümunələri hesab olunur.
10.
Çingiz Aytmatov, Mukan Elebayev, CoomartBokonbayev, Cusup Turusbayev, Raykan
Şükürbayev, Qasıməli Jontaşev, Calil Sadıqov və
digər sənətkarların sayəsində müasir qırğız
ədəbiyyatı özünün yeni inkişaf mərhələsinə qədəm
qoyub.
11.
Çingiz AytmatovMüasir qırğız ədəbiyyatının yeni məzmun və yeni ideyalarla
zənginləşməsində böyük xidmətləri olan dünya şöhrətli yazıçı
Çingiz Torequl oğlu Aytmatov 12 dekabr 1928-ci ildə
Qırğızıstan Respublikası Talas vilayətinin Şəkər kəndində
anadan olub. Atası Qırğızıstanda Kommunist Partiyasının
görkəmli nümayəndələrindən biri olsa da, 1937-ci ildə xalq
düşməni kimi həbs olunub və bir il sonra güllələnib.
Milliyyətcə tatar olan anası Naimə Həzi qızı teatr aktrisası
kimi tanınmışdır.
12.
O, rus dili və ədəbiyyatını yaxşı bildiyi üçün oğlunda da bu dil və ədəbiyyata böyük maraq oyadıb. Uşaq yaşlarındaÇingiz Aytmatovun tərbiyəsi ilə daha çox nənəsi Aymxan məşğul olmuşdur.O, nənəsindən ”Manas”ı, ayrı-ayrı qırğız
nağıl və əfsanələrini dinləyib, nəticədə bunlar onun milli ruhda for-malaşmasına böyük təsir göstərib. Bu mənada
Çingiz Aytmatovun “nənəmin ziyalı işığından keçdim” deməsi təsadüfi deyil.
Çingiz Aytmatov Böyük Vətən müharibəsinin birinci ili ölkədə kadr çatışmazlığına görə orta məktəbin 6-cı sinfini
bitirdikdən sonra kənd sovetinin katibi vəzifəsində işləyib.
13.
O, təxminən 2 il ərzində bu vəzifədən başqavergi agenti, uçotçu və digər işlərdə də çalışmışdır.
Yazıçının bu illərdə qarşılaşdığı həyat hadisələri
müəyyən dərəcədə onun “Üz-üzə”,
“Cəmilə”,”Ana tarla” və “Erkən gələn durnalar”
əsərlərində əksini tapıb. Çingiz Aytmatov
1943-cü ildə 8 illik təhsilini başa vurduqdan sonra
Cambul Zoobaytarlıq texnikumuna daxil olub.
Ç.Aytmatov 1948-ci ildə texnikumu fərqlənmə
diplomu ilə bitirdiyinə görə Qırğızıstan
Kənd Təsərrüfatı İnstitutuna
imtahansız qəbul olunub.
İlk əsəri 1952-ci ildə dövrü
mətbuatda dərc edilib.
14.
1952-ci ildə “Qırğızıstan” ədəbiyyat toplusunun ikinci sayında çapolunan “Qəzetçi Cüdo” və”Aşim” yazıçının ilk hekayələri hesab
olunur. O, 1953-cü ildə ali məktəbi bitirdikdən sonra elmi tədqiqat
sahəsində işləmək istəyib. Lakin xalq düşməninin oğlu hesab
edildiyindən bu sahədə işləməyə ona icazə verilməyib və o, ixtisası
üzrə üç il heyvandarlıq təsərrüfatında çalışmaq məcburiyyətində
qalıb.
Ç.Aytmatov 1956-1958-ci illərdə Moskvada Qorki adına Ali
Ədəbiyyat İnstitutunda təhsil alıb. 1958-ci ildə Moskvada “Oktyabr”
jurnalında onun “Üzbəüz” əsəri çap olunub. 1958-ci ildən başlayaraq
ədibin hekayə və povestləri “Novıy mir” jurnalında dərc olunmağa
başlayır. Həmin ildə Ç.Aytmatova dünya şöhrəti gətirən əsərlərindən
birincisi olan “Cəmilə” povesti ilk dəfə işıq üzü görüb. Təsadüfi deyil
ki, Lui Araqon bu əsəri fransızcaya tərcümə edərək onu geniş
müqəddimə ilə çap etdirib.
15.
Ç.Aytmatov 1958-ci ildə Moskvada Ali Ədəbiyyat İnstitutunu bitirdikdən sonra Qırğızıstanaqayıdaraq “Literaturnıy Kirqizstan” jurnalının baş redaktoru olub və 5 il Qırğızıstanda yerli “Pravda”
qəzetinin xüsusi müxbiri işləyib. O, “Dağlar və çöllər povestləri” silsiləsinə daxil olan əsərlərinə
görə 1963-cü ildə Lenin mükafatma layiq görülüb. Görkəmli ədib 1965-ci ilə qədər əsasən qırğız
dilində yazıb. 1965-ci ildən etibarən əsərlərini rus dilində yazmağa başlayıb.