Zəlzələ vaxtı davranış qaydaları
Zəlzələ vaxtı davranış qaydaları
Zəlzələ vaxtı davranış qaydaları
Zəlzələ vaxtı davranış qaydaları
Zəlzələ vaxtı davranış qaydaları
Zəlzələ vaxtı davranış qaydaları
Zəlzələ vaxtı davranış qaydaları
Zəlzələ vaxtı davranış qaydaları
Zəlzələ vaxtı davranış qaydaları
Zəlzələ vaxtı davranış qaydaları
Zəlzələ vaxtı davranış qaydaları
Zəlzələ vaxtı davranış qaydaları
Zəlzələ zamanı təhlükəsizlik tədbirləri görməklə özünüzü təhlükədən qoruya bilərsiniz. 
1.18M
Категория: БЖДБЖД
Похожие презентации:

Zəlzələ vaxtı davranış qaydaları

1.

Zəlzələ vaxtı davranış
qaydaları

2.

3. Zəlzələ vaxtı davranış qaydaları

Zəlzələ bəşəriyyət tarixinin ən qorxulu
təbii fəlakətlərindən biridir. Tarix boyu
dəhşətli zəlzələlər nəticəsində xeyli
sayda insan itkisi baş verib, hətta
bütöv şəhərlər yerlə yeksan olaraq, yer
üzündən silinib. Azərbaycanda da
zaman-zaman güclü və zəif ballı
zəlzələlər hər zaman olub.

4. Zəlzələ vaxtı davranış qaydaları

Zəlzələ zamanı titrəyişlər insanda
qorxu, əsəb və stress yaradır.
Odur ki, zəlzələ baş verən zaman
ilk olaraq insanlar sakit və
təmkinli olmağa çalışmalıdır.

5. Zəlzələ vaxtı davranış qaydaları

Zəlzələ zamanı özünüzü qorumaq üçün
aşağıdakı qaydalara əməl etməlisiniz.
1. Əgər siz bina və ya torpağın
silkələndiyini hiss edirsinizsə, buna əsəbi
reaksiya verməyin (qorxudan qışqırmaq,
başqa insanların psixologiyasına təsir edə
biləcək hərəkətlər etmək və s.)

6. Zəlzələ vaxtı davranış qaydaları

2. Əgər qapalı yerdəsinizsə, təcili stolun və
ya çarpayının altına girin. Qapılar açıqdırsa,
qapıların üst tirinin altında və ya otaqların
daxili küncündə durun. Unutmayın ki,
titrəyişlər zamanı birinci olaraq binanın
xaric divarları çat verə və ya uça bilər. Odur
ki, pəncərəyə tərəf qaçmaq, pəncərənin
altında dayanmaq olmaz.

7. Zəlzələ vaxtı davranış qaydaları

3. Zəlzələ zamanı ağır əşyaların (soyuducu,
ağır mebellər və s.) yanında durmaq olmaz.
Bu əşyalar sürüşüb üstünüzə aşa bilər.
4. Zəlzələ zamanı binadan qaçmaq,
pilləkanlarda hərəkət etmək olmaz. Bu,
olduqca təhlükəlidir. Pilləkanlar uçub
tökülə bilər.

8. Zəlzələ vaxtı davranış qaydaları

5. Əgər siz çoxmərtəbəli binada
yaşayırsınızsa, zəlzələ zamanı lift və
pilləkanlara tərəf qaçmayın. Qapı tiri altında
və ya otağın daxili künclərində duraraq
təkanların dayanmasını gözləyin.
6. Zəlzələ zamanı pəncərədən atılmayın. Bu,
sizin zədələnməyiniz və ya ağır xəsarət
almağınızla nəticələnə bilər.

9. Zəlzələ vaxtı davranış qaydaları

7. Zəlzələ zamanı ictimai yerdəsinizsə,
insanların daha sıx olduğu yerə tərəf
qaçmayın. Özünüz üçün daha təhlükəsiz
yer seçin. İmkanınız varsa, azyaşlı uşaqları
da təhlükəsiz yerə çəkin.
8. Zəlzələ zamanı hündür mərtəbəli binanın
qarşısındasınızsa, binanın qabağına
qaçmayın.

10. Zəlzələ vaxtı davranış qaydaları

9. Zəlzələ zamanı avtomobildəsinizsə,
avtomobilinizi mümkün qədər körpülərin,
hündür mərtəbəli binaların qarşısında
saxlamayın.
10. Zəlzələ zamanı ikimərtəbəli kərpic
binada və ya bünövrəsi möhkəm olmayan
tikilidəsinizsə, oranı təcili tərk etməyə
çalışın.

11. Zəlzələ vaxtı davranış qaydaları

11. Unutmayın ki, zəlzələ zamanı bir necə
dəfə təkanları hiss edə bilərsiniz. Odur ki,
axıra qədər öz təmkininizi qorumağa
çalışın.
12. Zəlzələ saniyələrlə davam edir.
Titrəyişlər dayandıqdan sonra özünüzün və
yaxınlığınızdakı insanların xəsarət alıbalmaması, uçqun təhlükəsinin olubolmamasına diqqət yetirin. Yaralılar varsa,
ona ilk tibbi yardım göstərin.

12. Zəlzələ vaxtı davranış qaydaları

13. Zəlzələnin hər an baş vermə ehtimalı
olduğuna görə əvvəlcədən yaşadığınız
binadan və ya evdən zəlzələ zamanı ən
təhlükəsiz yerlərə çıxmaq yolunu
müəyyənləşdirin.
14. Mənzilinizdə ən təhlükəsiz yerləri
(künclər, qapılar və s) əvvəlcədən müəyyən
edin və mebelləri düzərkən bunu nəzərə
alın.

13. Zəlzələ vaxtı davranış qaydaları

15. Mənzildə ehtiyac olmadığı təqdirdə qaz,
işıq və su xətlərini bağlayın.
16. İmkan daxilində ağır əşyaları rəflərdə
saxlamayın və kitab rəflərini divara
bərkidin.
17. İlkin tibbi yardım üçün lazım olan
dərman vasitələri yığılmış çantanı hazırlıqlı
saxlayın.
18. Çarpayınızı ağır mebellərdən və iri
pəncərələrdən kənarda yerləşdirin.

14. Zəlzələ vaxtı davranış qaydaları

19. Fövqəladə vəziyyətlərdə kömək çağırmaq üçün
lazımı dövlət qurumlarının telefonlarını
əvvəlcədən yazın.
Bu telefonlar aşağıdakı kimidir:
1. Fövqəladə Hallar Nazirliyinin Xilasetmə
xidməti -112
2. Daxili İşlər Nazirliyi -102
3. Təcili Tibbi Yardım -103
4. SOCAR PETROLEUM QSC –nin
Təhlükəsizlik şöbəsi: 050 274 00 20
5. SƏTƏMM və KN şöbəsi: 050 295 80 42

15. Zəlzələ zamanı təhlükəsizlik tədbirləri görməklə özünüzü təhlükədən qoruya bilərsiniz. 

Zəlzələ zamanı təhlükəsizlik tədbirləri
görməklə özünüzü təhlükədən qoruya
bilərsiniz.
Sağ olun!
English     Русский Правила