TRiPSiN YÜKSƏK GƏRGiNLiKLi ELEKTRiK SAHƏSi ALTINDA
Material və metodlar
NƏTİCƏLƏR
1.61M
Категория: ЭлектроникаЭлектроника

Tripsin yüksək gərginlikli sahə altında

1. TRiPSiN YÜKSƏK GƏRGiNLiKLi ELEKTRiK SAHƏSi ALTINDA

Bakı Dövlət Universiteti
Biofizika İnstitutu
TRİPSİN YÜKSƏK GƏRGİNLİKLİ
ELEKTRİK SAHƏSİ ALTINDA
Magistr: Dadaşova Rəhiməxanım

2.

Canlı orqanizmlər bütün həyatları
boyunca ekoloji amillərin təsiri altında
yaşayırlar.
Bu ekoloji amillər dozadan asılı olaraq
onların həyat fəaliyyəti proseslərinə
müsbət vəya mənfi təsir göstərə
bilirlər.
Bu tip ekoloji amillərdən biri də
antropogen mənşəli elektromaqnit
(EM) təsirlərdir.
Yüksək tezlikli EM dalğalarının canli
orqanizmlərə təsiri hamı tərəfindən
qəbul olunur.

3.

Aşağı tezlikli EM dalğalarının canlı orqanizmlərə zərərli təsiri ilə
bağlı fikirlərə alimlərin münasibəti eyni deyil.
Bunun əsas səbəbi isə bu dalğaların təsir mexanizmlərinin tam aydın
olamamasıdır. Aşağı tezlikli EM şualanmaları arasında 50 Hz tezlikli
EM sahəsinin xüsusi ağırlığı var çünki, bu amillə insanlar hər gün və
hər yerdə qarşılaşlaşır. 50 Hz EM sahəsi, xüsusilə yüksək gərginlikli
elektrik sahəsi, uzun müddətli təsiri bioloji proseslərə zərəli təsir
göstərir

4. Material və metodlar

MATERİAL VƏ METODLAR
Təcrübə materialı kimi tripsin fermentinin substratı olan N-Benzol-L-Arginin
etil efiri (BAEE) istifadə edilib. BAEE ferment tərəfindən hidrolizə uğrayaraq
N-Benzol-L-Argininə (BA) çevrilir.
Metod ona əsaslanır ki, fermentativ reaksiya zamanı meydana gələn BA 253
nm-də BAEE nisbətən daha yüksək molyar ekstinsiyaya malikdir.
Təcrübə nümunələri 1, 2 və 3 saat müddətində elektrik sahəsinin təsiri altında
saxlanılıb. Elektrik sahəsinin təsirindən sonra təcrübə və kontrol tripsin
nümunələri olan reaksiya məhlulu (pH 8,0) 37°C temperaturda inkubasiya
edilərək optik sıxlığı ölçülmüşdür

5.

Təcrübədə istifadə edilmiş 20 kV
elektrik sahəsi mənbəyi kimi İ-50
laboratoriya transformatoru istifadə
olunub.

6.

Elektrik sahəsinin təsirindən sonra təcrübə və kontrol
tripsin nümunələri olan reaksiya məhlulu (pH 8,0) 37°C
temperaturda inkubasiya edilərək SF-46 spektrofometrində
253 nm dalğa uzunluğunda optik sıxlığı ölçülmüşdür.

7. NƏTİCƏLƏR

Aparılan
təcrübələr
nəticəsində
tripsin
fermentinin 50 Hz tezlikli 20 kV intensivlikdə
yüksək gərginlikli ES təsiri altında 1 saat
qalması onun esteraza aktivliyinin kontrol
nümunələri ilə müqayisədə müəyyən qədər
azalmasına səbəb olmuşdur.
Belə ki, kiçik molekullu substrat olan BAEE
miqdarının, reaksiya mühitinin optik sıxlığının
təsir müddətindən asılı olaraq 1 saat üçün ~11, 2
saat ~15, 3 saat müddətdə isə ~18% azalması
(p<0,05) qeydə alınmışdır.
Alınan nəticə tədqiq olunan fermentə elektrik
sahəsinin müəyyən təsirinin olmasını göstərir.
Əldə olunan ədəbiyyat materiallarında belə bir
nəticənin yüksək gərginlikli elektrik sahəsinin
təsirilə fermentin molekulyar strukturunda
müəyyən dəyişikliklərin baş verə biləcəyi ilə
izah edilir.
English     Русский Правила