191.21K
Категория: ФинансыФинансы

Beynəlxalq valyuta bazarı

1.

Beynəlxalq valyuta bazarı
Beşinci mühazirə

2.

1. Valyutalar, valyuta kursları, alıcılıq
qabiliyyəti poriteti
Xarici valyuta müvafiq xarici dövlətin və dövlətlər qrupunun
ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi
sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan,
lakin həmin ərazidə tədavüldə oln pul nişanlarına
dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr
şəklində pul nişanları, xarici dövlətlərin pul vahidlərində,
beynəlxalq pul və ya hesablaşma vahidlərində hesablarda
olan vəsaitlərdir.

3.

Valyuta kursu bir ölkənin valyutasının başqa ölkənin
valyutasına, qiymətli metallara və qiymətli kağızlara
nisbətdə dəyərinin ifadəsidr.
«Valyuta dəyişmə» anlayışı ilk növbədə hər bir
valyutanın konvertasiya edilə bilməsi ilə mümkünlüyü
ilə xarakterizə olunur.
Valyutaların konvertasiya edilmə dərəcəsi valyuta
əməliyyatlarının dövlət nizamlanmaı mexanizmləri
vasitəsilə müəyyən edilir.

4.

Sərbəst dönərli valyuta o valyutadır ki, ölkə ərazisində
rezidentlərə və qeyri-rezidentlərə valyuta əməliyyatlarını
aparmaqda heç bir məhdudiyyət qoyulmur.
Sərbəst dönərli olmayan valyutada isə istənilən əməliyyat
üçün məhdudiyyətlər mövcuddur
Beynəlxalq ticarətin inkişafının əvvəlki mərhəlləsində
valyutaların kursları birmənalı olaraq qızılla ölçülürdü

5.

Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsinə uyğun
olaraq, əmtəənin bir ölkədəki qiyməti həmin əmtəənin
cari kursla hesablanan digər ölkədəki qiymətinə
müvafiq olmalıdır, yəni eyni bir əmtəə səbəti müxtəlif
ölkələrdə eyni qiymətdə olmalıdır.
Bir ölkədə buraxılan nemətin qiyməti başqa bir ölkədə
buraxılan həmin nemətin qiyməti ilə müqayisədə
qalxdıqda, həmin nemətin alıcıları bir neməti başqası
ilə əvəz etməyə cəhd göstərir, bu isə valyutaya olan
tələbi azaldır.

6.

2. Valyuta bazarı
Valyuta bazarı dedikdə, valyutaların ticarəti, yəni bir
valyutanın digərinə dəyişdirilməsi həyata keçirilən pul bazarı
sektoru başa düşülür.
Hazırda valyuta bazarı dünya iqtisadiyyatının mühüm elementi
sayılır.
Dünya valyuta bazarı ayrı-ayrı dövlətlərin valyuta
bazarlarından ibarətdir.

7.

Bir ölkənin milli valyutasının digər ölkənin valyutası
dəyişdirilməsi valyuta konvertasiyası adlanır.
Valyuta bazarlarında əməliyyatların müntəzəm olaraq
aparılmasının zərurililiy vahid dünya pulunun
yoxluğundan irəli gəlir və bu da valyutaların müntəzəm
şəkildə konvertasiya olunmasını tələb edir.
Hazırda elə ödəniş vasitəsi yoxdur ki, xarici bazarda
biznes subyektlərilə sövdələşmə aparıldıqda
beynəlxalq tədavül vasitəsi kimi istifadə olunsun.

8.

Müasir dövrdə tədavüldə olan bütün milli valyutalar
aşağıdakı növlərə bölünə bilər:
- sərbəst dönərli valyutalar - bu valyutalar öz milli
bazarlarında xarici kapitalın tədavülünə və xarici
valyutalarla əməliyyatların aparılmasına bütün
məhdudiyyətləri ləğv edən dövlətlərin milli valyutaları
daxildir. Bu tip milli valyutalar dünyada ən sabitdir və biznes
subyektlərinin böyük etimadını qazanıblar, buna görə də
onlar digər xarici valyutaya sərbəst və məhdudiyyətsiz
dəyişdirilirlər;

9.

- qismən dönərli valyutalar. Bunlara öz milli bazarlarında
valyuta məhdudiyyətini qismən ləğv edən dövlətlərin milli
valyutaları daxildir. Bu tip valyutalar qismən möhkəmdir,
onlar biznes subyektlərinin bir hissəsinin etimadını
qazanıblar, lakin bütün valyuta bazarlarında digər
valyutalara sərbəst dəyişdirilə bilmir, məsələn, bu gün
Rusiya rublu inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrin
banklarında konvertasiyaya qəbul edilmir, amma rubl
Ukrayna, Belarusiya və digər MDB ölkələrinin valyutalarına
sərbəst dəyişdirilə bilər;

10.

- qapalı (dönərli olmayan) valyutalar. Bu valyutalara xarici
dövlətlərin bazarlarında qəbul edilməyən milli valyutalar
aiddir. Belə ölkələrin iqtisadiyyatı ya qapalı xarakterdə
olur, ya da biznesin inkişafı zəifdir və xarici bazara çıxışı
yoxdur.
English     Русский Правила