574.74K
Категория: ЭкономикаЭкономика
Похожие презентации:

Makroi̇qti̇sadi̇yyat və makroi̇qti̇sadi̇ problemlər (mövzu 1)

1.

MÖVZU 1. MAKROİQTİSADİYYAT VƏ
MAKROİQTİSADİ PROBLEMLƏR

2.

PLAN
1. Makroiqtisadiyyat anlayışı. Makroiqtisadi problemlər.
2. Makroiqtisadi təhlilin obyektləri və subyektləri.
3. Makroiqtisadi modelləşdirmə.

3.

1. MAKROİQTİSADİYYAT ANLAYIŞI.
MAKROİQTİSADİ PROBLEMLƏR.
Makroiqtisadiyyat – iqtisadiyyatı bütövlükdə öyrənən
məhdud resursların rasional istifadəsi nəzəriyyəsidir.
Bütövlükdə iqtisadiyyat – ev təsərrüfatları, firmalar və dövlət
arasında mürəkkəb və qarşılıqlı əlaqədar olan münasibətləri əhatə edir.
Eyni zamanda ölkə iqtisadiyyatı digər ölkələrin iqtisadiyyatları
ilə də əlaqəlidir.

4.

MAKROİQTİSADİYYATIN ƏSAS
PROBLEMLƏRİ
iqtisadiyyatın sabit artımı;
resursların tam məşğulluğunun təmin edilməsi;
inflyasiya;
işsizlik səviyyəsinin minimumlaşdırılması;
faiz dərəcəsi;
xarici iqtisadi əlaqələrin optimallaşdırılması və s.

5.

Makroiqtisadiyyat terminini ilk
dəfə 1933-cü ildə öz məqaləsində
Norveç
alimi,
riyaziyyatçı – iqtisadçı, Nobel
mükafatı
mükafatı laureatı
Raqnar Friş istifadə etmişdir.
O, ekanometrikanın yaradıcısı
hesab edilir.
Ragnar Frisch

6.

MÜASİR MAKROİQTİSADİ
NƏZƏRİYYƏNİN BANİSİ
MƏŞHUR İNGİLİS İQTİSADÇISI
C.M. KEYNS İQTİSADİ
NƏZƏRİYYƏDƏ XÜSUSİ BİR
İSTİQAMƏTİN – KEYNİSÇİLİYİN
YARADICISIDIR.
“MƏŞGULLUĞUN, FAİZİN VƏ
PULUN ÜMUMİ NƏZƏRİYYƏSİ”
John Maynard Keynes
1883-1946
Kembric
“THE GENERAL THEORY
OF EMPLOYMENT, INTEREST AND
MONEY” 1935

7.

MAKROİQTİSADİ SİYASƏT
Makroiqtisadi siyasət – dövlət siyasəti olmaqla ölkədə:
işsizliyin və inflyasiyanın səviyyəsinin azaldılması,
iqtisadi artımın dəstəklənməsi,
iqtisadi böhranların aradan qaldırılması
və bütövlükdə iqtisadiyyatın stabil fəaliyyətinin təmin
olunması məqsədini daşıyır.

8.

MKROİQTİSADİ SİYASƏTİN
MAQSƏDLƏRİ
Işsizliyin
azaldılması
Inflyasiyanın
tənzimlənməsi
Iqtisadi artımın
dəstəklənməsi
Iqtisadi
böhranın
aradan
qaldırılması

9.

Makroiqtisadi siyasət – bir qayda olaraq
ölkənin iqtisadiyyatının cari vəziyyətindən asılıdır.
Yəni iqtisadiyyatın iqtisadi tsiklin hansı
fazasında (böhran, dirçəliş, tənəzzül və s.) olması
makroiqtisadi siyasətin məzmununa təsir göstərir.

10.

MAKROİQTİSADİ
SİYASƏT
Büdcə-vergi
(fiskal)
siyasət
Pul-kredit
(monetar)
siyasət
Xarici
iqtisadi
siyasət
Gəlirlər
siyasəti

11.

2. MAKROİQTİSADİ TƏHLİLİN OBYEKTLƏRİ
VƏ SUBYEKTLƏRİ.
Makroiqtisadi təhlildə iqtisadiyyatın vahid tam kimi vəziyyətini
səciyyələndirən ümumiləşdirilmiş (aggregate) göstəricilərdir.
Mikroiqtisadiyyatdan fərqli olaraq makroiqtisadiyyatda ayrı-ayrı
firmaların fəaliyyəti deyil bütövlükdə məhsul buraxılışı,
konkret əmtəələrin qiyməti deyil, inflyasiya və s. tədqiqat obyekti
hesab edilir.
Təhlil zamanı əsas makroiqtisadi göstəricilər real UDM-in artım
tempi, inflyasiya səviyyəsi və işsizlik səviyyəsidir.

12.

MAKROİQTİSADİ TƏHLİLİN İKİ NÖVÜ
FƏRQLƏNDİRİLİR:
ex post (və ya milli hesablar) – makroiqtisadi təhlil zamanı
statistik məlumatların təhlili həyata keçirilir.
ante (və ya iqtisadi hadisə - proseslərın nəzəri
konsepsiyalar əsasında proqnoz modelləşdirilməsi) – təhlil
zamanı iqtisadi proseslərin inkişaf qanunauyğunluqlarının və
onların səbəblərinin müəyyənləşdirilməsi mümkün olur.
ex
eyni zamanda iqtisadi hadisələrlə dəyişənlər arasındakı
əlaqəliliyi müəyyən etmək imkanı yaradır.
Bu
Makroiqtisad
ibarətdir.
elminin başlıca vəzifəsi də məhz
bundan

13.

Makroiqtisadi
təhlilin
spesifik
xususiyyəti ondan ibarətdir ki, burada
əsasən
ümumiləşdirmə
(aggregate)
prinsipinə əsaslanılır.
Ümumiləşdirmə (aggregate) ayrı-ayrı
elementlərin vahid bir tam, aqreqat,
məcmu kimi birləşdirilməsini əks etdirir və
abstrakt xarakter daşıyır.

14.

Aqreqatlaşdırma sayəsində makroiqtisad elmi
aşağıdakıları fərqləndirməyə imkan yaradır:
makroiqtisadi agentlər;
makroiqtisadi bazarlar;
makroiqtisadi qarşılıqlı əlaqə;
makroiqtisadi göstəricilər və s.

15.

MAKROİQTİSADİ AGENTLƏR
ev təsərrüfatları (households)
firmalar (business firms)
dövlət (government)
xarici bölmə (foreign sector)

16.

EV TƏSƏRRÜFATLARI (HOUSEHOLDS)
Ev təsərrüfatları müstəqil və rasional fəaliyyət
göstərən makroiqtisadi agentdir. Onun məqsədi
səmərəliliyin maksimallaşdırılmasıdır. Bu agent
üçün aşağıdakılar xarakterikdir:
a) Ev təsərrüfatları istehsal amillərinin (əmək,
torpaq, kapital və sahibkarlıq qabiliyyəti)
mülkiyyətçisidirlər;
b) İstehsal amillərini satmaqla ev təsərrüfatları
gəlirlər əldə edir ki, onun da böyük bir hissəsi
istehlaka (istehlak xərcləri) yönəldilir. Buna
görə də ev təsərrüfatları məhsul və xidmətlərin
istehlakçılarıdır.
c)
Gəlirin istehlak edilməyən hissəsini ev
təsərrüfatları yığıma yönəldirlər. Bu baxımdan
onlar iqtisadiyyata kredit resurslarını təqdim
edən subyektə çevrilirlər.

17.

FİRMALAR (BUSINESS FIRMS)
Firmalar (Business firms) - müstəqil və rasional
fəaliyyət göstərən makroiqtisadi agentdir. Onun
məqsədi mənfəətin maksimallaşdırılmasıdır. Bu
agent üçün aşağıdakılar xarakterikdir:
a) firmalar istehsal amillərinin alıcısıdır.
b) firmalar iqtisadiyyatda məhsul və xidmətlərin
əsas istehsalçısıdır. Firmalar satışdan əldə olunan
gəlirin bir hissəsini ev təsərrüfatlarına amil gəliri
(əmək, torpaq, kapital) formasında ödəyirlər.
c) firmalar investisiya məhsul və xidmətlərinin
alıcısıdır”
d) öz təlabatını əsasən cəlb olunmuş vəsaitlər
hesabına reallaşdırdığından firmalar iqtisadiyyatda
əsas borcalan qismində çıxış edir. Bununla, onlar
kredit resurslarına tələb yaraadırlar.

18.

Ev təsərrüfatları və Firmalar birlikdə
iqtisadiyyatın XÜSUSİ BÖLMƏSİNİ təşkil edir.

19.

DÖVLƏT (GOVERNMENT)
Dövlət (government) – bu iqtisadiyyatın
tənzimlənməsi məqsədilə iqtisadi hadisə və
proseslərə təsir etmək baxımından geniş
hüquqlara (siyasi) malik olan dövlətə məxsus
müəssisə və təşkilatların məcmusudur.

20.

DÖVLƏT (GOVERNMENT)
Bu agent üçün aşağıdakılar xarakterikdir:
Dövlət in başlıca vəzifəsi bazar uğursuzluqlarının (market failures) aradan qaldırılması və
cəmiyyətin rifah halının maksimumlaşdırılmasından ibarətdir. Bu baxımdan dövlət:
a) ictimai rifahın təminatçısıdır;
b) özünün çoxsaylı funksiyalaarının reallaşdırılması məqsədilə məhsul
xidmətlərin alıcısıdır;

c) milli gəlirin yenidən bölgüsünü (vergi və transfertlər vasitəsilə) həyata keçirən
subyektdir;
d) büdcənin vəziyyətindən asılı olaraq maliyyə bazarında borcverən və borclu
qismində subyektdir;
e) bazar iqtisadiyyatının fəaliyyətinin təşkilatçısı və tənzimləyicisidir.

21.

QAPALI İQTİSADİYYAT
FİRMALAR
DÖVLƏT
EV
TƏSSƏRRÜFATLARI

22.

XARİCİ BÖLMƏ (FOREIGN SECTOR)
Xarici bölmə (foreign sector) – bu makroiqtisadi agent
ölkədən başqa yerdə qalan bütün dünyanı əhatə edir. Onlar
ölkə ilə aşağıdakılar vasitəsilə qarşılıqlı təsirdə olur:
a) xarici ticarət (məhsul və xidmətlərin idxal və ixracı);
b) kapital axını (maliyyə aktivlərinin idxal və ixracı).
Qapalı iqtisadiyyat xarici bölmə ilə birlikdə AÇIQ
İQTİSADİYYATI formalaşdırır.

23.

MAKROİQTİSADİ
BAZARLAR
Məhsul və xidmətlər bazarı (real bazar);
Maliyyə bazarı (qiymətli kağızlar bazarı);
Istehsal amilləri bazarı (əmək bazarı)
Valyuta bazarı.

24.

MƏHSUL VƏ XİDMƏTLƏR BAZARI
(GOODS MARKET)
Tələb və təklifin tarazlığı bu bazarda tarazlı
qiymət səviyyəsinin (price level) və ona müvafiq
tarazlı istehsal həcminin (output) formalaşmasına
səbəb olur.
Məhsul və xidmətlər bazarını real bazar (real
market) kimi də xarakterizə edirlər.
Bunun səbəbi məhz burada real aktivlərin (real
assets) yaxud qiymətlilərin alınıb – satılmasıdır.

25.

MALİYYƏ BAZARI
Maliyyə bazarında (financial assets market) –
maliyyə aktivləri (pul, səhm, istiqraz və s.)
alqı-satqı predmeti kimi çıxış edir. Bu bazar iki
seqmentə bölünür:
a) pul bazarı (money market)
b) qiymətli kağızlar bazarı (bonds market).

26.

PUL BAZARI
Pul bazarında alqı-satqı prosesi baş vermir. (pulu-pulla almaq
mənasızdır).
Pula olan tələblə pulun təklifi arasındakı qanunauyğunluğun
makroiqtisadi təhlil baxımından çox böyük əhəmiyyəti vardır.
Pul bazarındakı tarazlıq müvafiq faiz dərəcəsinin (interest rate)
formalaşmasına səbəb olur.
“pulun qiyməti” (kreditin) qiyməti kimi çıxış edir və pul kütləsini
(money stock) formalaşdırır.
Maliyyə bazarında əsas əlaqələndirici qismində
əmanətlərini qəbul edir və kreditlər verir) çıxış edir.
banklar
(pul

27.

QİYMƏTLİ KAĞIZLAR BAZARI
(BONDS MARKET)
Qiymətli kağızlar bazarında səhm və istiqrazlar alınıb-satılır.
Qiymətli kağızların alıcısı qismində ilk növbədə ev
təsərrüfatları (divident və faiz gəlirləri məqsədilə) çıxış
edirlər.
Səhmlərin
satıcıları (emitentlər) kimi firmalar,
istiqrazların satıcıları kimi isə həm firmalar, həm də dövlət
çıxış edir.
səhm buraxmaqla öz investisiya xərclərini
maliyyələşdirmək, dövlət isə istiqrazlar vasitəsilə dövlət
büdcəsinin kəsirinin maliyyələşdirilməsini təmin edirlər.
Firmalar

28.

3. MAKROİQTİSADİ MODELLƏŞDİRMƏ
Makroiqtisadi modellər – müxtəlif iqtisadi hadisə və
proseslərin məntiqi, qrafik və cəbri təsviridir.
Makroiqtisadi modellər –
fuksional qarşılıqlı
əlaqələrin aşkarlanmasına imkan yaradır.
Heç bir makroiqtisadi model mütləq deyil
əhatə edə bilmir.
və hər şeyi

29.

MAKROİQTİSADİ TƏHLİLİN BÜNÖVRƏSİNİ DAİRƏVİ
AXINLAR MODELİ QOYMUŞDUR
RESURSLAR
BAZARI
EV TƏSƏRRÜFATLARI
FİRMALAR
MƏHSUL VƏ
XİDMƏTLƏR
BAZARI

30.

KEYNS XAÇI

31.

NEOKLASSİK İQTİSADİ ARTIM MODELİ
R. SOLOU MODELİ
NEOKLASSİK İSTEHSAL FUNKSİYASI
Burada, K – kapital;
L - əmək;
E – Texniki tərəqqidir (dəyişən).

32.

DİGƏR MODELLƏR
Baumol-Tobin modeli;
Marks modeli;
Domar modeli;
Harrod modeli;
Samuelson –Henks modeli və s.

33.

DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜRLƏR!
English     Русский Правила