Похожие презентации:
Ünsiyyətin psixologiyası
1.
«Единственная настоящая роскошь - этороскошь человеческого общения».
А. Сент-Экзюпери.
2.
3.
Cuma Cumayev4.
Kommunikasiya5.
Komminikasiya – informasiyanın bir subyektdən digərinəötürülməsi prosesidir.
İnformasiya mübadiləsini həyata keçirən adamlar bir-birinə
təsir göstərə bilirlər
Kommunikasiyanın effektivliyi təsirin nə dərəcədə həyata
keçirilməsi ilə ölçülür.
6.
KOMMUNİKASİYAVASİTƏLƏRİ
7.
«Söz fırtına kimi insanın orqanizminin ənetibarlı hesab edilən psixofizioloji prosesləri
belə dağıda bilər, tərsinə çevirər, hətta yox edər
və ya dəyişə bilər»
İ. Pavlov
8.
Verbal kommunikasiya —dedikdə bilavasitə sözün iştirak etdiyiinformasiya başa düşülür.
Verbal
sözü latın dilindən
tərcümədə”söz” deməkdir.
Ünsiyyət zamanı həyata keçirilən informasiya mübadiləsində iki
tərəf iştirak edir: məlumatı, informasiyanı verən və məlumatı qəbul
edən. Birinci tərəf – informasiyanı verən kommunikator, ikinci
tərəf – informasiyanı qəbul edən isə resipient adlandırılır. Beləliklə
hər cür informasiya mübadiləsi K – İ – R (kommunikator –
informasiya – resipient) sxemi üzrə həyata keçir.
Kommunikator
informasiya
Resipiyent
9.
10.
Əks əlaqə.11.
Əks əlaqə göndərilən informasiyanındoğru və ya yanlış sbaşa
düşüldüyünü təstiqləyir.
Əks Əlaqənin növləri
1.Passiv
2. Aktiv
12.
1. Sorğu- sual1. Verbalizasiya
2. Hisslərin əks olunması
3. Xülasə.
Əks əlaqə quruluşunun
4 texnikası
13.
Şəxslərarası münasibətdədinləmə
14.
Ünsiyyətin sona qədər normal dialoq formasında keçməsində dinləməamili əsas yer tutur.
Araşdırmalar göstərir ki, bizim digər insanlarla ünsiyyətdə zamanımız
orta hesabla növbəti şəkildə paylaşılır: təqribən 42- 53% biz digərlərini
dinləyirik, 16- 32%- özümüz danışırıq, 15- 17% - oxuyuruq, 9- 14%yazırıq. Rəqəmlərdən göründyü kimi, ünsiyyət zamanı qulaq asmaq bacarığı
oxumaq və yazmaq bacarıqlarından daha çox istifadə edilir və nəticə etibarı
ilə,bu cür bacarıq hər kəs üçün olduqca vacibdir.
İnsanların bir çoxu öz dinləmək bacarıqlarını 70- 80% dəyərləndirirlər.
Lakin, araşdırmalar göstərir ki, əslində dinləmə effektivliyi bir çox
insanlarda cəmi 25% təşkil edir, yəni eşidilən məlumatlardan üçdə dördü
itirilir.
Məlumatın insandan insana ötürülməsi mərhələsində informasiyanın
məzmunu ilə nə baş verdiyini növbəti sxem üzrə təsvir etmək mümkündür:
düşünülüb 100%----düşünüləndən söylənilib 80%, söyləniləndən dinlənilib70%, eşidiləndən 60% anlaşılıb, eşidiləndən yaddaşda isə təqribən – 24 %
saxlanılıb.
15.
Dinləmə növləri16.
.Bu dinləmə növü danışan şəxsin söhbətinə maksimal diqqət daxilində minimial
müdaxilə ehtimalı ilə seçilir.
Diqqətlə susaraq, danışan şəxsin söhbətinə müxtəlif rəyləri ilə qarışmamaqla,
dinləyici üçün özünü ifadə mərhələsini yüngülləşdirir və ona ötürülən məlumatın
anlamını yaxşı qavramağa, sözün arxasında dayanan məntiqə varmağa yardım edir.
Bu cür dinləmənin siqnalı qeyri- verbal təsirdir, yəni; gözlərin əlaqəsi, başla təsdiq
hərəkəti və ya yelləmə və s. ə i. a. a.
Burada ən vacibi həmsöhbətə onun tək olmadığını anlatmaq bacarığı, onu
dinlədiklərini, anladıqlarını və hər zaman dəstək olmağa hazır olduqlarını
bildirməkdir. Burada daha yaxşı “aha- təsiri”, “hə- hə”, “aha”, “əlbəttə”, başla
tərpəniş təsir göstərir.
Ən əsası;
•susmamaqdır
•dəqiqləşdirici suallar verməmək
•partnyora: “Hər şey yaxşı olacaq, narahat olmayın, sakit olun” kimi ifadələr
söyləməmək. O bu cür adekvat sözləri anlaya bilməyəcək, onlar onu hiddətləndirir,
17.
Emosional affekt vəziyyətində, güclü emosional təsir altında (misal üçün, münaqişəşəraitində) olan insanı dinləmək lazım gəldiyi halda məhz qeyri- refleksiv dinləmə üsullarını
istifadə etmək daha doğrudur. Belə situasiyalarda həmsöhbət sanki həmsöhbət hesab edilmir, o
sadəcə öz emosiyalarını idarə etməyən insandır, danışıq məzmununu anlayacaq qüvvəyə malik
olmur. Ona birinci növbədə sadəcə sakitləşmək, normal özünü idarə edə biləcək vəziyyətə
gəlmək, yalnız bundan sonra onunla münasibəti davam edirmək lazımdır.
Burada daha yaxşı “aha- təsiri”, “hə- hə”, “aha”, “əlbəttə”, başla tərpəni və s. təsir göstərir.
Bəzən bu cür hallarda qarşı tərəfə “qoşulmaq” onun sözlərini, emosiyalarını, hərəkətlərini
təkrarlamaq, özünü onun kimi aparmaq və onun hisslərini bölüşmək faydalıdır. Lakin bunu
səmimi şəkildə etmək lazımdır, əks halda təkrar hərəkətlər həmsöhbətin hisslərinə istehza kimi
qəbul edilə bilər.
18.
Müsbət təsirlər:- razılaşma (“elədir”, “hə-hə”, “əlbəttə”, başla tərpənişlər);
-“əks- səda- təsiri” (həmsöhbətin sonuncu sözünün təkrarlanması);
- “ayna” (həmsöhbətin sonuncu ifadəsinin söz dəyişikliyi ilə təkrarlanması);
- “bir cüt ifadə” (partnyorun ifadələrinin digər sözlərlə çatdırılması);
- məqsəd (“Və beləliklə...”, “Sonra nə baş verdi?”);
- emosiyalar (“eh”, “ah”, “əla”, “gülüş”, “qəmli sima”);
-dəqiqləşdirici suallar (“Nə söylədiyini təkrar et”);
mənfi təsir:
- danışan şəxsin sözünü kəsmə və ya danışığa davam etmə (dinləyici söhbətə vardıqda və ifadəsini
bitirmək istədikdə, sözləri xatırlatma);
- partnyorun ifadəsindən məntiqi nəticələr, misal üçün, hadisələrin səbəbi, qiyməti, məsləhətlər;
- “kobud təsir” (“boş şeydir”, “cəfəngiyyatdır bu hamısı”);
- sorğu- sual (məqsəd dəqiqləşdirilmədən, sual sual ardınca verilir);
- partnyora qarşı etinasızlıq (dinləyci onun sözlərinə diqqət yetirmir, partnyora və onun nə demək
istədiyinə əhəmiyyət vermir).
Qeyri- refleksiv dinləmə zamanı mənfi təsiri istifadə etmək lazım deyil, hətta dəqiqləşdirici suallar
belə ünvanlandırmaq, bu cür ifadələr işlətmək olmaz!!! “Sakit olun, narahat olmayın, hər şey yaxşı
olacaq”,- bu partnyorda məyusluq doğura bilər, qəzəb partlayışına səbəb ola bilər
19.
AKTİV REFLEKSİV DİNLƏMƏİnformasiyanın əks olunduğu dinləmə növünə aktiv refleksli dinləmə deyilir.
Refleksiya - lat. dilindən tərcümədə əks olunma deməkdir
Ünsiyyətdə də bu dinləmə növü ən konstruktiv hesab edilir. Burada elə bir
ünsiyyət həyata keçirilir, partnyorlar bir birlərini daha aydın dinləyir və başa düşür.
qarşılıqlı
Aktiv dinləmə münaqişəli məsələlrdə əvəzolunmazdır. Hisslərin “səsləndirilməsi”
münaqişəni və gərginliyi aradan qaldıra bilər. O çox gözəl şəkildə sakitləşməyə, fikirləri
istiqamətləndirməyə köməklik göstərir, yarana biləcək konfliktdə arzu olunduğu zaman
partnyora söz qaytaramağa imkan verir
20.
•Təkrarlama -danışan kəsin hərfi söz ifadəsinin, partnyor tərəfindən sitat gətirmək (“Sizianladığım qədər...”).
•Təkrar ifadə (əks- səda texnikası) həmsöhbətə öz sözlərinizlə onun dediyi i fikri təkrarlamaq
(“Sizin fikrinizə əsasən”, “Digər sözlərlə siz hesab edirsiniz ki...”).
•Xülasə – partnyorun sözlərinin qısa şəkildə ifadə edilməsi, ən əsas nəticə, yekununun qısa
ifadəsi (Sizin söylədiklərinizdən indi belə bir qənaətə gəlmək olar ki...).
•Düşüncənin inkişafı (interpretasiya texnikası) – həmsöhbətin ifadəsi nəinki yenidən
təkrarlanır və ya xülasələndirilir, hətta ondan yekun nəticəyə gəlmək üçün cəhd edilir, eşidilən
səbəblər haqqında təkliflər irəli sürülür. İnterpretasiya texnikasını istifadə etdikdə, həmsöhbət
dəqiqləşdirici suallardan istifadə edir: “Sən yəqin ki bunu nəzərdə tutursan...?”, “Siz yəqin
bunu ona görə söyləyirsiniz ki...?”, “Göründüyü kimi, siz istəyirsinuz ki...?” Həmçinin oxşar
suallar texnikasından istifadə etmək olar: “Ola bilərmi ki, sənin ümid etdiyin kimi...?”, “Ola
bilərmi ki, sizin istədiyiniz kimi...?”.
21.
22.
“Yalnız tələbələrimdən biri məni anladı, o da səhvanladı”
Georq Vilhelm Fridrix Hegel
23.
Ünsiyyət zamanı iki növ informasiya qeyd olunur:1.Mən
2.Sən
Sən informasiya misal: “Sən yenə gecikmisən”, “Sən mənim istədiyimi
həyata keçirmədin”, “Sən həmişə özün istədiyin kimi addım atırsan”
Bu cür informasiya adətən insana müdafiə mövqeyində dayanmağa
sövq edir, bu zaman onda şüuraltı olaraq üzərinə hücum edilmə təsviri
yaranır. Məhz buna görə də, bir çox hallarda istənilən ifadəyə insanlar
müdafiə mövqeyi ilə başlayır və ən yaxşı qorunma üsulu bu zaman
hücum olur. Nəticədə, “söhbət” münaqişəyə çevrilmə təhlükəsi ilə
üzləşir. Münaqişədən qaçmaq üçün və eyni zamanda partnyorun sizi
dinləməsi üçün, “Mən- məlumatam” üsulu istifadəsi yardım edə bilər.
“Mən- məlumatam” texnikasını həmçinin uşaqlarla, tabelikdə olan
kəslərlə ünsiyyətdə və digər şəraitdə uğurla istifadə etmək olar.
24.
günahkarlıq hissi yaradır;
töhmət, alçaltma, günahlandırma kimi qəbul edilir;
hörmətsizlik əlaməti kimi qəbul edilir;
ləyaqətini alçaldır;
qarşıdurma yaradır;
inciklik yaradır;
cəzalanma kimi qəbul edilir.
Sən-məlumatsan
“Siz diqqətli deyilsiniz”
“Qışqırırsınız”
“Siz yavaş çalışırsınız”
“Siz tez- tez gecikirsiniz”
“Sən yenə gecikmisən”
“Siz məni anlamadınız”
“Siz mənim xətrimə dəydiniz”
“Siz əsəbləşirsiniz”
Mən-məluumatam
“Mən sizin işinizdə 5 səhv tapmışam”
“Mənə elə gəlir ki, siz əvvəlkindən daha möhkəm
danışırsınız”
“15 dəqiqə ərzində sən cəmi 2 tapşırıq həll
etmisən”
“Mən hiss etdim ki, sən bu həftə ərzində 3 dəfə
gecikmisən”
“Yəqin mən aydın izah etmədim”
“Mən incidim ki siz...”
“Mənə elə gəlir ki, siz əsəb keçirirsiniz”
25.
NÜMUNƏ:Biz adətən “Siz- informasiyanı ” vasitəsi ilə göndəediyimiz istənilən məlumatı “Mən- məlumatam” texnikası ilə
başqa cür çatdırmaq mümkündür. Bu zaman ifadə dörd əsas hissədən ibarətdir:
1. İfadəni digər insanın davranışının sizdə qane etmədiyi dəlil təsviri ilə başlamaq lazımdır. Vurğulayıram, məhz
dəlil. Misal üçün; “Sən gecikdiyin zaman...”.
2. Sonra bu faktla bağlı öz təəssüratlarını, hislərini təsvir etməlisən. Misal üçün: “Mən məyyus olmuşam”,
“mən həyəcanlanıram”, “mən narahat oluram”.
3. Sonra bu davranışın sizə və ətrafdakılara necə təsir göstərəcəyi barədə izah gətirmək lazımdır. Gecikmə ilə
bağlı misalda davam bu cür ola bilər: “çünki mən sənin gecikmə səbəbini bilmirəm”, “çünki mənim səninlə
birgə keçirməyə az vaxtım qalır” və s. və i. a.
4. İfadənin yekun hissəsində siz öz arzunuz, məsləhətinizi bildirməlisiniz, yəni, sizi qane etməyən davranış
əvəzində hansı rəftarı görmək istəyinizi bildirə bilərsiniz. Gecikmə ilə bağlı nümunəni misalı üzrə davam
edirəm: “Mən şox istərdim ki, sən zamanında gələ bilmədiyin vaxt mənə zəng edəsən”. Nəticədə, ittiham əvəzi;
“Sən yenə gecikmisən” biz;
“Sən gecikəndə, mən narahat oluram, çünki sənin gecikmə səbəbini bilmirəm. Mən çox istərdim ki, sən
zamanında gələ bimədiyində mənə zəng edəsən”.
2. “Sən informasiya” - “Özün istədiyin kimi rəftar edirsən” sözünü “Sən daim özün istədiyin kimi rəftar edirsən,
Mən məyus oluram, çünki, düşünürəm ki, mənim fikrim sənin üçün önəmli deyil.”
“Mən- informasiya” texnikasının istifadəsi bir sıra təcrübə tələb edir, belə ki, heç də hər zaman cəld istiqamət
götürmək və ifadəni yenidən qurmaq mümkün olmur, lakin zamanla bu tədricən daha yaxşı alınacaq. “Mənməlumatlar” texnikası partnyorun müdafiə olunmağına imkan yaratmır, əksinə, onu dialoqa dəvət edir, öz fikrini
ifadə etmək şansı verir.
26.
1. Göstərişlər, əmrlər, tələblər - (misal üçün, “sən etməlisən...”, “sən bu dəqiqə etməlisən...” vəs. i.) insanda qorxu və ya aktiv müqavimət göstərmək istəyi yarada
2. Xəbərdarlıq, xatırlatma, hədə- qorxu - misal üçün, “sənin üçün yaxşıdır...”, “yoxsa...”,
“əgər bu cür etməsən...”, “o zaman...”), həmsöhbətdə qorxu və ya itaət hissi yaranır.
3. Əxlaq nəsihəti, öyüd, vicdana çağırış - “Sən özün günahkarsan ki...”, “bu cür davranmaq
olmazdı...”, “qayğısına qalmaq lazım idi ki...” – bütün sadalanan ifadələrin nəticəsində insanda
utancdan savayı günahkarlıq hissi yaranır və o, müdafiə mövqeyində dayanır və yaxud
aqressiya göstərir
4. Məsləhət, hazır qərar “Sənin yerində bilirsən mən nə edərdim...?”, “Gəl, cəhd elə...”, “Mən
bilirəm ki, sən nə etməlisən...”, “Mən sənə necə davranmağı öyrədərəm...”- bu cür təkliflərin
qapalı anlamı insanın öz problemini həll etmək iqtidarında olmadığı, onun həllinə doğru yolları
təhlil etmək və düzgün yol seçmək haqqında xəbər verir.
5. Nəsihət, “mühazirə oxunması” “Mən sənin nədə səhv etdiyini deyim...”, “Dəlillər o barədə
deyir ki...”, “Bəli, yalnız əgər məntiqə uyğun fikir söyləsək...”,- bu cür ifadələrə cavab olaraq
insan sadəcə diqqətini “söndürüb”, ümumiyyətlə sizin söylədiklərinizi dinləməyə bilər. Bu cür
kommunikasiya həmsöhbəti sıxır və onda özünə qarşı şəxsi qeyri – mükəmməllik hissi yaradır
27.
6. Tənqid, töhmət, müqavimət “Sən ümumiyyətlə anlamırsan...”, “Sən dəyişilməz tənbəlsən”- bu cürifadələr insanın səriştəsiz və ya axmaq olduğundan xəbər verir. Bir çoxları bu cür qiymətdən qorxur və belə
kommunikasıyadan yan gəzirlər.
7. Utandırmaq, ələ salmaq cəhdi - Ünsiyyət zamanı insanla zarafat emək, onu ələ salmaq, utandırmaq, ona
hər hansı “etiket yapışdırmağa” çalışmaq lazım deyil. “Ağlağan...”, “Hər şey aydındır, səfeh...”, “Yaxşı, bəsdir
bağırdın!...”- bu cür müraciətlər həmsöhbətə onun faydasız olduğunun göstəricisi kimi qəbul etdirilə bilər və o
hesab edə bilər ki, ona əhəmiyyət vermirlər, o adi hörmətə belə layiq deyil
8. Sorğu- sual Bəzən, dinləmək əvəzi, həmsöhbət bizdən əlavə məlumat toplamağa cəhd edir, sanki, bununla
da problemlərimizin həllinə çalışır. O səbəbləri, sübutları araşdırır, keçmişin dəlillərində eşələnir; “nə
üçün?...”, “kim?...”, “bəs sən nə etdin?...”, “bəs sonra nə baş verdi?...”. Bir qayda olaraq, insanlar bu cür
suallardan qaçırlar, çalışırlar ki, hər zaman aldatsınlar, sübutları gizlətsinlər, belə ki, əlavə məlumatın
təqdimatı yeni suallar, tənqid və ya qiymətləndirmə yarada bilərlər. Bundan əlavə, insan çox zaman sadəcə itir
və ona çoxlu sual verildikdə, həmsöhbətin söhbəti hansı istiqamətə yönəldəcəyini anlamır və nəticədə o qorxu
və həyəcanla qarşılaşır.
9. Diqqətin ötürülməsi, problemin sadələşdiriməsiBəzən elə vəziyyət yaranır ki, biz insanı bir problemdən
uzaqlaşdırmağa çalışırıq və onun diqqətini hər hansı bir başqa istiqamətə yönləndiririk. “Gəl daha xoş olan
haqqında danışaq”, “Qorxulu heç nə yoxdur”, “Kiminlə baş vermir ki”, - bu cür ifadələrlə yəqin ki, sizdə
insanın vəziyyətini yüngülləşdirməyə çalışırsınız, ona çətinliklərdən uzaq durmağı və vəziyyətə daha sadə
yanaşmağı tövsiyyə edirsiniz, lakin, o bütün söylənilənləri onun probleminə qarşı etinasızlıq kimi qəbul edə
bilər və daxilən özünə qapana bilər.
28.
29.
Üfiqi xətt üzrə sifət 3 zonaya bölünür1. göz və alın;
2. burun və burun nahiyyəsi;
3. ağız və çənə).
Mimiki vasitələrin köməyilə tez-tez ifadə olunan 6 əsas emosiyanı fərqləndirirlər: sevinc, qəzəb,
təəccüb, nifrət, qorxu və kədər.Zonalar üzrə emosiyaların müəyyən edilməsi (fiksasiyası) mimik
hərəkətləri müəyyən dərəcədə qeydə almağa imkan verir.
1. Sevinc
2. qəzəb,
3. təəccüb,
4. nifrət,
5. qorxu
6. kədər.
30.
İntim zona ( 15 sm-dən 46 sm qədər)- xüsusi bufer zonasıdır. Bu zonaya ən yaxınemosional təmasda olan adamlar nüfuz edə bilər. ). İntim sahəmizə yaxın
buraxmadığımız insanları biz bədənizmizdən açılmış bir qol uzunluğu məsafədə
saxlayırıq. Bu məsafədə partnyoru yalnız görmək, lakin, onun qoxusunu qəbul etmək
və hiss etmək mümkündür.
Şəxsi zona ( 46 sm-dən 1,2 m-ə qədər)- dostluq üçün optimal ünsiyyət sahəsidir.
Bu sahədə dostların bir-birinə toxunması mümkündür.. Adətən, bu cür məsafənin
çərçivəsində söhbətlər, konsultasiyalar, təlimatlar, iş görüşmələri və danışıqlar
aparılır.
Sosial ünsiyyət zonası (1,2 m-dən 3,6 m-ə qədər)- işgüzar ünsiyyət üçün səmərəli
sahədir. Bu ərazidə adətən qrup şəklində olan kommunikasiyalar, praktik məşğələlər,
seminarlar, təlimlər həyata keçirilir
Kütləvi zona (3,6 sm-dən daha çox)- ictimai yerlərdə bir-birini tanımayan
adamlar arasında ünsiyyət üçün səmərəli sahədir. ( çıxış, məruzə, mühazirə zamanı və
digərləri)
31.
Gözlərlə əlaqə ( eye contact) verbal kommunikasiyası ilə sıx əlaqədədir və qarşılıqlı ünsiyyətzamanı digər insana necə və neçə müddət baxdığımızla səciyyələdirilir.
Göz əlaqəsi ciddi tənzimləyici rol daşıyır. Həmsöhbətə yönələn baxış, özünə və danışıq
mövzusuna diqqət cəlb edir, eyni zamanda, yaxınlaşma (mehriban baxış) və yadlıq (soyuq baxış),
anlaşılmazlıq ifadə edir (sual dolu baxış), istehza (kinayəli baxış), mühakimə (ciddi baxış),
psixoloji əlaqədə dəstək oluğunu nümayiş etdirir. Dağınıq, qaçan, ağır, qəzəbli, yandırıcı baxışlar
həmsöhbəti ehtiyatlandırır, qəzəbləndirir, uzaqlaşdırır. Hər bir insan həmsöhbətlə vizual əlaqədə
onun diqqətli, şəxsən maraqlanan baxışlarına ehtiyac hiss edir. Lakin, beş saniyədən artıq davam
edən baxış partnyorda narahatçılıq hissi yaradır
Gözlərin davamlı əlaqəsi məmnunluq hissini bildirən ismarıc ola bilər, belə ki, gözlərin qısa
əlaqəsi çox zaman narahatçılıq yaradır. Digər tərəfdən, gözlərin birbaşa əlaqəsi zamanı 10 saniyə
ərzində həmsöhbət psixoloji diskomfort və narahatçılıq hissi ilə üzləşə bilər. Psixoloqlar
tərəfindən qeyd edilmişdir ki, ictimai və özlərində əmin olan insanlar həmsöhbətə daha uzun
müddət və zillənərək baxırlar, nəinki, özlərinə qapalı olan.
32.
Hesab edilir ki, insanlar bir- birilərinə danışıq zamanı orta hesab müddəti ilə 30%- dən60 %-ə qədər baxmalıdırlar. Hətta qeyd edilib ki, əgər insanlar söhbət zamanı bir- birilərinə
60 %- dən çox müddət ərzində baxırlarsa, böyük ehtimal ilə onlar partnyorun şəxsiyyəti ilə
daha çox maraqlanrlar, nəinki danışıq mövzusu ilə.
Bundan əlavə, məlumdur ki, monoloqlarda insanlar partnyorlara bütün vaxt ərzində 4045 % müddət baxırlar, aktiv dialoq zamanı isə cəmi- 60-65 %.
Hesab edilir ki, əgər həmsöhbətlər bir- birilərinin gözlərinə baxmırlarsa, onlar nə isə
gizlədirlər və onların şübhəli məqsədləri var. Eyni fikri gözlərin qəsdən “fikir
yayındırdıqları” zaman ifadə etmək mümkündür.